Femisid növləri
Qadınların və qızların öldürülməsi, qadınlara və qızlara yönələn zorakılıq halının ən ekstrim formasıdır. Son onilliklərdə tədqiqatçılar tərəfindən müxtəlif tipologiyalar təqdim olunmuşdur. Əksər hallarda növlər aşağıdakı kimi təsnif olunur:

Münasibət femisidi (intimate femicide)

Münasibət femisidi və ya intim partnyor femisidi olaraq bilinən bu növə keçmiş və ya indiki partnyorları tərəfindən öldürülən qadınlar aid edilir. Ümumiyyətlə, dünyada qadınlar kişilərə nisbətdə partnyorları tərəfindən daha çox hücuma məruz qalır, təcavüz olunur və öldürülürlər.

Qeyri-münasibət femisidi(non-intimate femicide)

İntim partnyor olmayan şəxslər tərəfindən törədilən qətlləri əhatə edir. Bura daha çox ailə üzvləri tərəfindən öldürülmə, tanış şəxs və ya yad cinayətkar tərəfindən öldürülmə aid edilir.

Silahlı münaqişələrlə əlaqəli femisid (armed conflict femicide)

Buraya silahlı münaqişələr zamanı qadınların “müharibə aləti” kimi istifadə olunması aid edilir. Onların öldürülməsi mənsub olduqları icmanı, cəmiyyəti cəzalandırma məqsədi güdür.

Dolayı femisid (associated/connected femicide)

Burada öldürülən qadın oldürülməsi niyyət edilən qadın olmur. Təsadüfi şəkildə qurbanın yanında olarkən zərərçəkənə çevrilir.

Adətlərlə əlaqəli femisid (culturally-framed femicide)

Buraya adət-ənənələrin səbəb olduğu cinayətlər aid edilir. Bu kateqoriyanın alt qruplarına “cehiz ölümləri” və “namus cinayətləri” aid edilir.

• Cehiz ölümləri(dowry-related femicide)

Bu qrupa evlənmə prosesində qarşı tərəfin cehizlə və ya mülkiyyətlə əlaqəli hədiyyələrdən razı qalmaması nəticəsində öldürülmə və ya intihara sövq edilməsi halları aid edilir.

• “Namus”cinayətləri (“honour’-based femicide)

Bu ifadənin qadınların və ya qızların öldürülməsini ifadə etmək üçün istifadə edilməsinə dair mübahisələr var, çünki bu adlandırma cinayətkarların əsaslandırması ilə üst-üstə düşür. Bu hallarda cinayətkar “namusun” törədilən qətllə geri qayıdacağına inanır. Bu tip qətllər əksər hallarda kişi ailə üzvləri tərəfindən həyata keçirilir. Bəzi ölkələrdə bu qətllər cəmiyyətdəki digər qadınlara təsir etmək üçün ictimai yerlərdə törədilir.

Qadınlar tərəfindən törədilən femisid (female-perpetrated femicide)

Qadınlar tərəfindən törədilən femisid halları Diana Russel tərəfindən 3 kateqoriyada təsnifedilmişdir.

Birinci kateqoriyada cinayətkar patriarxatın dəstəkçisidir. Buraya qadınların törətdiyi cehiz ölümlərini, körpə qız uşaqlarının ölümlərini və qadın sünnəti ilə əlaqəli ölümləri aid etməkolar.

İkinci kateqoriyada kişi cinayətkarın tərəfdaşı kimi çıxış edən qadınlar nəzərdə tutulur.

Üçüncü kateqoriyaya qısqanclıq və ya maddi səbəblər, cinayətlə və ideoloji məsələlərlə əlaqəli səbəblərdən cinayət törədən qadınlar aid edilir.

İnsan alveri ilə əlaqəli femisid (femicide in the context of human trafficking)

Buraya istismar məqsədilə hədələmə, zor tətbiqetmə və digər vasitələrlə insan alverinə cəlb olunan qadınların “işə qəbul olarkən” vəya “daşınma” prosesində öldürülməsi aid edilir. Adətən, qadınlar və uşaqlar, fahişəlik, məcburi əmək, köləlik və digər tipli kriminal fəaliyyətlərə zorakı cəlb edilirlər.

Sex işçisi və ya fahişələrə yönələn femisid (femicide in the context of what is referred to as sex work or prostitution)

Seks işçisi və ya fahişələrin qətlləri bura aid edilir. Bu tip qətllər adətən cəmiyyətin yaratdığı stiqmaların nəticəsi olaraq ortaya çıxır.

Qadın sünnəti ilə əlaqəli femisid (genital mutilation-related femicide)

Bu kateqoriyaya sünnət edilərkən öldürülən qadınlar aiddir. Bu hal adətən uşaqlıqdan 15 yaşa qədər olan yaş qrupu arasında baş verir. Qadın sünnəti genital nahiyənin qeyri-tibbi məqsədlərlə kəsilməsinə deyilir.

Lezbiyanları hədəf alan femisid (lesbophobic femicide)

Bu kateqoriyaya orientasiyasına görə öldürülən qadınlar aid edilir. Burda öldürülmə səbəbi adətən ənəvi gender normalarına uyğun gəlməmələri olur.

Mütəşəkkil cinayətkarlıqla əlaqəli femisid (organized crime-related femicide)

İnsan alveri kontekstində törədilən qadın qətllərindən başqa mütəşəkkil cinayətkarlıqla əlaqəli digər cinayət formaları, narkotiklər, qaçaqmalçılıq/ və ya silah satışı ilə əlaqəli qadınların öldürülməsini əhatə edir.

İrqçi femisid (racist femicide)

Bu, bir qadının etnik və ya irqi mənşəyinə, və ya genetik xüsusiyyətlərinənifrət səbəbindən baş verən qətllərə aiddir.

Transfob femisid (transphobic femicide)

Transgendərlərə olan nifrət səbəbilə törədilən femisidlər bu qrupa aiddir.

Cinsi zorakılıqla əlaqəli femisid (sexual femicide)

Burada öldürmə məqsədli və ya qeyri-ixtiyari baş verə bilər. Bura təcavüz və digər zorakı seksual xarakterli hərəkətlərlə ölümə səbəb olan qətllər aid edilir.