Məişət zorakılığının qarşısının alınması haqqında (sadələşdirilmiş)

Hazırki material Məişət zorakılığının qarşısının alınması haqqında Azrəbaycan Respublikasının qanun hər kəsə anlaşılan olması üçün sadə dildə və təsvirlərlə əks izah olunmuşdur.

Məişət zorakılığının anlayışı və subyektləri

Məişət zorakılığı - yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə aşağıdakı sxemdə göstərilən şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır (məişət zorakılığı kənar, bir-birini tanımayan şəxslər deyil, məhz yaxın münasibətləri olan və ya əvvəllər yaxın münasibətləri olmuş şəxslər arasında baş verir):


Məhz münasibətlərin yaxınlığı məişət zorakılığını qeyri-adi edir və digər zorakılıqlardan fərqləndirir. Həmin zorakılıq forması xüsusi yanaşma və qarşısının alınması üçün fərqli mübarizə forması tələb edir. Məişət zorakılığının qarşısının alınmasına dair xüsusi qanunvericiliyin və fəaliyyət planlarının olması, kompleks yanaşmanın tətbiqi də bu səbəbdəndir.

Məişət zorakılığının formaları

Məişət zorakılığı aşağıdakı bir və ya bir-neçə formada törədilə bilər:


Məsul dövlət orqanları

Məişət zorakılığına məruz qalarkən/risk altında olarkən müraciət edə biləcəyiniz orqanlar:


Zorbanın əməlinin cinayət, yoxsa cinayət olmadığına əmin deyilsinizsə, yuxarıdakı orqanların hamısına eyni vaxtda müraciət edə bilərsiniz. Bundan başqa, aşağıdakı təsisatlar da bu cür hallarla rastlaşdığınız halda sizə dəstək göstərmək, habelə yuxarıda adı çəkilən orqanlara müraciət etmək vəzifəsi daşıyırlar.



Unutmayın! Şikayətçi olmadığınız, barışdığınız halda cinayət olmayan əməllər, habelə bir sıra cinayət əməlləri (məs., qəsdən sağlamlığa yüngül zərər vurma, əzab vermə, ölümlə hədələmə və s.) üzrə araşdırma aparılmayacaq, aparılmış araşdırma davam etdirilməyəcək və zorakılıq törədən şəxs məsuliyyətdən azad ediləcək.

Cinayətin əlamətləri olmadıqda ARAŞDIRMA

Araşdırma zərərçəkmişin yaşadığı/olduğu yerin yerli icra hakimiyyəti orqanında aparılır.


Araşdırma müddəti: 5 gündür, zərurət olarsa, + 5 gün əlavə olunur. Araşdırma mümkün qədər qısa müddətdə aparılmalıdır.

Yerli icra hakimiyyəti orqanı şikayətə baxılmasının nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan birini qəbul edir:


Yerli icra hakimiyyətində araşdırma nəticəsində şəxsin məişət zorakılığı törətməsi müəyyən olunduqda zorakılıq törətmiş şəxs profilaktik qeydiyyata götürülür və həmin şəxslə tərbiyəvi-qabaqlayıcı iş aparılır.



Uşaqlar yardım mərkəzində 3 ay müddətinədək, digər zərər çəkmiş şəxslər isə 2 ay müddətinədək zəruri hallarda sığınacaqla təmin oluna bilərlər.

MÜHAFİZƏ ORDERİ

Qanunvericiliyə əsasən zorakılıq törədən şəxs cinayət törətməyibsə, lakin öz hərəkətləri ilə zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafelərini pozubsa, zərərçəkmiş qısa müddətli mühafizə orderinin verilməsi üçün yaşadığı və ya olduğu yerin icra hakimiyyətinə müraciət edə bilər.

Mühafizə orderi müraciət edilən kimi DƏRHAL verilir. Order verildikdən 24 saat ərzində mühafizə orderinin verilməsi, təkrar və ya oxşar zorakılıq hərəkətləri etməməsi barədə zorakılıq törətmiş şəxsə xəbərdarlıq edilir və məsuliyyəti izah olunur.

Qısa müddətli mühafizə orderinin müddəti: 30 gündür. Orderi verən icra hakimiyyəti orqanı 30 gün ərzində məsələni nəzarətə götürür, zorakılıq törədən şəxsin hərəkətlərini diqqət mərkəzində saxlayır və onunla söhbətlər aparır. Həmçinin mühafizə orderi icraya yönəldilir, yənin orderə əməl olunmasına nəzarəti həmin rayonun icra və probasiya şöbəsi həyata keçirir.


Əgər şəxs təkrar məişət zorakılığı edərsə, zərərçəkmişin yerini bilmədiyinə görə onu axtararsa, zərərçəkmişə digər (durmadan zəng etmək, axtarmaq, yaşadığı, işlədiyi yerə gəlmək, izləmək və s. kimi) narahatlıqlar gətirərsə qısa müddətli mühafizə orderi uzunmüddətli mühafizə orderi ilə əvəz edilə bilər. Bunun üçün şəxsin yaşadığı yerin məhkəməsinə müraciət etmək tələb olunur.

Əgər yerli icra hakimiyyəti orqanı mühafizə orderini verməkdən imtina edərsə, o zaman onun üzərinə mühafizə orderinin verilməsi öhdəliyinin qoyulması üçün inzibati məhkəməyə müraciət olunur.

Cinayət və inzibati xətalar zamanı ARAŞDIRMA

İnzibati xəta və ya cinayət əməli törədildiyi zaman araşdırma polis və ya prokurorluq orqanları tərəfindən aparılır. Həmin araşdırma qaydası Cinayət Prosessual Məcəlləsinə və/və ya İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq müəyyən edilir.

MƏİŞƏT ZORAKILIĞININ QARŞISININ ALINMASI SAHƏSİNDƏ TƏDBİRLƏR



Məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi, sosial xarakterli və qabaqlayıcı tədbirlər həyata keçirilməlidir



Konfidensiallıq
Şəxs barəsində məişət zorakılığının törədilməsi faktı və zərər çəkmiş şəxsə yardım göstərildiyi vaxt şəxsi və ailə həyatı barəsində müəyyən edilmiş məlumatlar konfidensial hesab olunur. Konfidensial məlumatların yayılmasına icazə verilmir və qanunvericiliyi pozaraq məxfilik şərtlərinə əməl etməyən şəxslər məsuliyyət daşıyırlar.

Məsuliyyət
Qanunvericiliyə əsasən öz vəzifələrini layiqincə yerinə yetirməyən şəxslər məsuliyyətə cəlb olunur. Onların hərəkət və ya hərəkətsizliklərindən tabe olduqları orqana şikayət edə, habelə məhkəmə vasitəsilə sizə vurulmuş maddi və ya mənəvi zərərin ödənilməsini tələb edə bilərsiniz.

*Qeyd edilməlidir ki, yuxarıda göstərilənlər qanunvericiliklə nəzərdə tutulmuş prosedurdur. Təəssüf ki, real praktikada müvafiq qurumların işində qanunvericiliyə tam əməl olunmadığı hallar baş verir və buna görə də məişət zorakılığı hadisələrində bu nüansı nəzərə almağınız xahiş olunur.